“Sabah” qrupunun tələbələrinə “Tibb hüququ” fənnindən mühazirə keçirildi

19 fevral tarixində Hüquq və İnsan Haqları İnstitutunda institutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə Bakı Dövlət Universitetinin “Sabah” qurupları üzrə Hüquqşünaslıq ixtisasının II kurs tələbələri üçün “Tibb hüququ” fənnindən mühazirə keçib.

Mühazirənin məqsədi - bütövlükdə tibbi fəaliyyətin müxtəlif sahələrində hüquqi məsələlərin, xüsusən də səhiyyə sahəsində yaranan çoxsaylı və məzmunca müxtəlif münasibətlərin hüquqi tənziminin xüsusiyyətlərinin kompleks surətdə, qüvvədə olan qanunvericilik və səhiyyə sahəsində islahatların əsas istiqamətləri nəzərə alınmaqla öyrənməsindən ibarətdir.


Dərc olunub : 19-02-2018

Oxunma sayı : 12