Leyla Əliyeva:" Xocalıya Ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)

AMEA-nın  İnsan Hüquqları İnstitutunun  Elmi Şürasının qərarı ilə nəşr edilmiş,  yazıçı publisist, əməkdar jurnalist Vasif Səmədov və tanınmış alim, professor Rövşən Vəlizadənin “Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üç cildlik monumental əsərin üçüncü cildi işıq üzü gördü.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən “Xocalıya Ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampanıyasının 5 illiyinə həsr edilmiş bu üç cildlik kitabda beynəlxalq terrorun bir qolu olan erməni  terrorçularının müxtəlif tarixi dövlərdə Azərbaycan torpaqlarında, xüsusilə ötən əsrin son illərində Ermənistan  və onların havadarlarının köməyilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən,  Xocalı yaşayış məntəqəsində törətdikləri soyqırımdan bəhs edilir.  Beləliklə, kitabın əsas mövzusu Xocalı soyqırımı olsa da, əslində, bu əsər ümumilikdə Qarabağ faciəsini bütün kəskinliyi və amansızlığı ilə əks etdirir. Zəngin fakt və sənədlərlə əhatələnmiş   kitabın ilk iki cildinin təqdimatı  geniş ictimaiyyətin, dövlət nümayəndələrinin iştirakı ilə keçirilmişdir.

Sonuncu cildin səciyyəvi xüsusiyyətlərindən biri odur ki, burada “Xocalıya Ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampanıyasının beş illik fəaliyyətinin nəticələrinin dəyərləndirilməsinə, “Xocalıya Ədalət!”  hərakatının milli, regional və beynəlxalq səviyyələrdə gördüyü işlərin əhəmiyyətinə xüsusi diqqət verilmişdir.  Kitabın üçüncü cildində xüsusi diqqət çəkən məqamlardan biri də,  məhz erməni mənşəli dünya alimlərinin tarixi faktlar haqqında söylədikləri fikirlərdir. Belə ki,  bu ziyalılar dövrü mətbuat səhifələrində və elmi-tədqiqat əsərlərində   öz erməni  həmkarlarına tarixi həqiqətləri təhrif etmələri barədə sərt ittihamalar söyləmişlər. Nümunə kimi bu məqalələrdən bir neçəsi  kitabın məhz sonuncu cildində oxuculara təqdim edilib.

Geniş ictimaiyyətə təqdim olunan bu üçcildlik kitabın müasir  tariximiz və mədəniyyətimiz üçün  əhəmiyyəti təkzibedilməzdir.




Dərc olunub : 2014-06-12 12:42:00
Oxunma sayı : 9