Leyla Əliyeva: Xocalıya Ədalət! (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model) kitabı

İnsan Hüquqları İnstitutunun 2014-cü ildə daha bir yeni, üç cildlik “Leyla Əliyevanın “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model) kitabında beynəlxalq terrorun bir qolu olan erməni terrorçularının  müxtəlif  tarixi dövrlərdə Azərbaycan torpaqlarında, xüsusilə ötən əsrin son illərində Ermənistan və onların havadarlarının köməkliyilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən, Xocalıda törətdikləri kütləvi qırğınlardan, vəhşiliklərdən, soyqırımdan bəhs edilir. Kitabda Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun RF-dakı Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın “Xocalıya Ədalət!” kompanyası çərçivəsində beynəlxalq aləmdə həyata keçirilən təqdirəlayiq işlərdən söhbət açılır. Zəngin fakt və sənədlərlə, sübutlarla əhatələnmiş bu kitab dünyada terrora və zülmə, haqsızlığa, işgəncəyə və amansız qətliamlara qarşı mübarizədə tarixi həqiqətləri aşkara çıxardıb.




Dərc olunub : 2014-02-26 14:37:00
Oxunma sayı : 9