Məişət zorakılığı qurbanlarının hüquqlarının müdafiəsi mövzusunda videotəqdimat hazırlanıb

Hüquq və İnsan Haqları İnstitutu məişət zorakılığı qurbanlarının hüquqlarının qorunmasına dair yeni videotəqdimat hazırlayıb. Bu təqdimat məişət zorakılığına qarşı mübarizədə hüquqi bilikləri artırmağa və qurbanlara dəstək göstərməyə yönəldilib.

Videotəqdimatda məişət zorakılığının müxtəlif formaları izah olunur və zorakılığa məruz qalan şəxslərin hüquqlarının qorunması məsələləri, həmçinin Ombudsmanın bu sahədəki fəaliyyəti barədə ətraflı məlumat verilir.

Təqdimatda diqqət çəkən əsas məqamlardan biri də qadınların və uşaqların təhlükəsizliyi və psixoloji müalicəsi üçün nəzərdə tutulan reabilitasiya mərkəzləri və sığınacaqlar barədə məlumatların yer almasıdır.

Ödənişsiz hüquqi yardım və mühafizə orderinin roluna dair praktiki göstərişlərlə bağlı vacib məqamlar da təqdimatın əsasını təşkil edir. Bu təqdimat zorakılıq qurbanlarının hüquqlarını müdafiə etmək və onlara təhlükəsiz həyat şəraiti yaratmaq istiqamətində olduqca əhəmiyyətlidir.

 

📽Videonu buradan izləyin!

 


Dərc olunub : 23-12-2024

Oxunma sayı : 30