Əməkdaşımızın Azərbaycan Respublikasının vergi orqanlarının hüquqi statusu adlı məqaləsi dərc olunub

AMEA Hüquq və İnsan Haqları İnstitutunun Sənədlərlə iş şöbəsinin müdiri Məmmədova Nigar Hafiz qızının “Теоретические Аспекты Юриспруденции и Вопросы Правоприменения” jurnalının № 2 (56) 2022-ci il buraxılışında “Правовой статус налоговых органов Азербайджанской Республики” (Azərbaycan Respublikasının vergi orqanlarının hüquqi statusu) adlı məqaləsi dərc olunub.
Məqalədə qeyd olunur ki, vergi orqanları müvafiq hakimiyyət səlahiyyətləri ilə təmin edilmiş dövlət idarəçilik və nəzarət orqanlarıdır. Azərbaycan Respublikasında vergi orqanları 1992-ci ildən fəaliyyət göstərir. Qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsi ölkənin vergi sistemini, vergiqoyulmanın ümumi prinsiplərini, vergilərin ödənilməsi qaydasını və s. müəyyən etməklə yanaşı, vergi orqanlarının və onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini müəyyən edən normaları da özündə əks etdirir. Həmin normalar vergi orqanlarının fəaliyyətinin hüquqi bazasını təşkil edir.
Məqaləni linkə daxil olmaqla oxuya bilərsiniz.




Dərc olunub : 2022-06-22 17:00:00
Oxunma sayı : 24