Əməkdaşımızın məqaləsi dərc olunub
İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlının “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının 2023-№1 (22) buraxılışında “Humanitar müdaxilənin hüquqauyğunluğu və insan hüquqlarının müdafiəsi” adlı məqaləsi dərc olunub.
Məqalədə beynəlxalq hüquqda humanitar müdaxilənin yeri, anlayışı, əsasları aydınlaşdırılır, həmçinin digər müəlliflərin bu sahədə fikirləri təhlil edilir. Humanitar müdaxilənin qloballaşma prosesində tətbiqi praktik izah edilir, birbaşa məcburetmə tədbirlərinin bir növü kimi humanitar müdaxilənin qanunliyi məsələsinə, onun hansı şərtlər daxilində həyata keçirilməsinə toxunulur. Həmçinin məqalədə qlobal təhlükəsiziliyin saxlanması prinsipi kimi müdafiə məsuliyyətinin hüquqi əsası konkret qanunvericilik aktlarında göstərilir.
Dərc olunub : 27-12-2023
Oxunma sayı : 114