FATF üzrə ekspert Ben Evensla görüş keçirilmişdir
25 oktyabr tarixində Hüquq və İnsan Haqları İnstitutunda Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) eksperti Ben Evensla görüş keçirilmişdir.
Ekspert tərəfindən FATF təşkilatının yaranma tarixi, inkişafı, ölkələrin bu təşkilat qarşısındakı öhdəlikləri, görülən işlər və onların əhəmiyyəti barədə geniş məlumat verildi.Həmçinin ekspert təşkilat tərəfindən “boz” və “qara” siyahıya salınmış ölkələrə tətbiq edilən sanksiyaların effektivliyi və xarici ölkələrin mütərəqqi təcrübəsi nəzərə alınmaqla onların Azərbaycan Respublikasında tətbiqi ilə bağlı tövsiyyələrini də verdi.
Əməkdaşlarımız ekspertlə FATF-ın fəaliyyət istiqamətləri, QHT-lərin terror fəaliyyətilə mübarizə mövzusunda ətraflı fikir mübadiləsi apardılar.
Sonda İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Ben Evensa institutumuzun son nəşrlərindən olan “Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və mədəni abidələrinə vurulmuş zərər“ adlı kitabı təqdim edib.
Dərc olunub : 26-10-2022
Oxunma sayı : 34