Milli İnsan Hüquqları Günü çərçivəsində İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təlim keçirilib

Hüquq və İnsan Haqları İnstitutu 18 iyun - Milli İnsan Hüquqları Gününə həsr etdiyi silsilə tədbirlərin sırasına birini də əlavə etdi. Belə ki, iyunun 7-də İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “İnsan hüquqları aylığı” çərçivəsində təlim keçirilib. 

İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı və  təlimçi-ekspert İsmayıl Musayev tələbələrlə görüşdə “İnsan hüquqları” və “Sosial mediadan istifadə hüququ” mövzularında çıxış ediblər.

Təlimçilər tərəfindən mövzular üzrə yaranmış mövcud problemlərin həlli yolları izah edilərək, tələbələrlə geniş fikir mübadiləsi aparılıb.




Dərc olunub : 2023-06-08 14:28:00
Oxunma sayı : 122