Moisey Bekker : «Армянский национализм: жизнь без будущего» (“Erməni millətçiliyi: gələcəyi olmayan həyat”)
Moisey Bekkerin «Армянский национализм: жизнь без будущего» (“Erməni millətçiliyi: gələcəyi olmayan həyat”) adlı monoqrafiyası - obyektiv tarixi araşdırmalar baxımından mühüm əhəmiyyət kəsb edir. Onun arxiv sənədləri və elmi məqalələr əsasında ilk dəfə olaraq erməni millətçiliyinin genezisini aşkarlamaq, bu məsələdə erməni-qriqorian kilsəsinin rolunu açmaq cəhdi təqdirəlayiqdir.
Müəllif tərəfindən monoqrafiyada erməni kilsəsinin “Armenakan”, “Qnçak” və “Daşnaksütyun” kimi siyasi partiyalarla qarşılıqlı əlaqələri göstərilir, həmçinin bu kilsənin erməniliyin siyasi baxışlarının formalaşmasına təsiri, Osmanlı və Rusiya imperiyalarını, eləcə də Sovet İttifaqını daxildən parçalamaq istiqamətində iştirakı təhlil edilir.
Monoqrafiyada Ermənistan-Azərbaycan münasibətlərinin müxtəlif istiqamətlərinin və bu istiqamətlərin Ermənistan Respublikasında hazırkı ictimai-siyasi duruma təsiri məsələlərinin tarixi kontekstdə araşdırılmasının əhəmiyyəti barədə geniş məlumat verilir.
Dərc olunub : 04-04-2023
Oxunma sayı : 119