Monitorinq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edilir
İşə qəbul edən qurum: “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs
Struktur bölmə: İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsi
Vəzifə: mütəxəssis
Vəzifə maaşı: 1500 manat
Vəzifə öhdəlikləri:
– insan hüquqlarına dair monitorinq aparmaq;
– beynəlxalq təşkilatların sənədləri ilə tanış olmaq, təhlillər aparmaq;
– monitorinqin nəticələrinə dair müvafiq arayışlar və hesabatlar hazırlamaq;
– insan hüquqlarına dair təlim modullarının hazırlanmasında şöbəyə dəstək olmaq;
– İnstitut rəhbərliyi tərəfindən verilmiş digər tapşırıqları icra etmək.
Namizədə olan tələblər:
– hüquqşünaslıq və ya beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil;
– insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların fəaliyyəti ilə tanışlıq;
– tədqiqat aparmaq bacarığı;
– elektron resurslardan istifadə bacarığı;
– qısa müddətdə böyük həcmdə materiallarla işləmək bacarığı;
– Azərbaycan və ingilis dillərində sərbəst yazmaq və təqdimat etmək bacarığı;
– ofis proqramlarından və internetdən peşəkar istifadə bacarığı;
– yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı.
Digər məlumatlar:
Fotoşəkil əlavə edilmiş CV mövzu sətrində vakansiyanın adı qeyd olunmaqla 24 may 2024-cü il saat 15:00-dək info@lhri.az email-nə göndərilməlidir.
Dərc olunub : 16-05-2024
Oxunma sayı : 225