Mühasib vəzifəsi üçün vakansiya ELANI!

İşə qəbul edən qurum: “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs
Struktur bölmə: Maliyyə sektoru
Sektor aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
–     İnstitutda büdcə, mühasibat uçotu və hesabatlılığın təşkili və aparılmasını müəyyən olunmuş qanunvericiliyə əsasən təşkil etmək və aparmaq;
–     İnstitutun aktivlərinin, öhdəliklərinin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunu aparmaq;
–     “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”na uyğun olaraq İnstitutun uçot siyasətini həyata keçirmək;
–     İnstitutun büdcə və büdcədənkənar vəsaitlərinin proqnozlarının yerinə yetirilməsini təmin etmək;
–     İnstituta ayrılmış büdcə və büdcədənkənar vəsaitlərin qanunvericiliyin tələblərinə uyğun qaydada icra olunmasını təmin etmək.

Vəzifə: mühasib
Vəzifə maaşı: 1500 manat
Vəzifə öhdəlikləri:
–     xərclər smetasının tərtib edilməsində iştirak etmək;
–     aktivlərin, öhdəliklərin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılması;
–     növbəti büdcə ili üzrə İnstitutun büdcə layihəsinin hazırlanmasında iştirak etmək;
–     İnstitutun mühasibat uçotunun aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim edilməsi;
–     İnstitutun maliyyə-təsərrüfat fəaliyyətinin təhlil edilməsi, onların səmərəliliyinin artırılması barədə təklif verilməsi;
–     İnstitutun maliyyə vəsaitlərinin, mal-materialların, əsas vəsaitlərin uçotunun, onların hərəkəti ilə əlaqədar əməliyyatların mühasibat uçotu sənədlərində düzgün əks etdirilməsinə nəzarət edilməsi;
–     İnstitutun işçilərinə əmək haqqının, mükafat, ezamiyyə və s. digər ödənişlərin və xərclərin hesablanmasının təmin edilməsi və qanunvericiliklə müəyyən edilmiş tutulmaların həyata keçirilməsi;
–     İnstitutun fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə maliyyələşmənin tərtib edilməsi və pul vəsaitlərinin təyinatı üzrə xərclənməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi;
–     İnstitutun inventarizasiya komissiyasının işində nümayəndə vasitəsilə iştirak edilməsi;
–     İnstitutun fəaliyyət istiqamətlərinə uyğun olaraq ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi;
–     İnstitutun müəyyən edilmiş ştat sayı və əməyin ödənilməsi fondu dairəsində hazırlanmış ştat cədvəllərinin layihələrinə rəy verilməsi.

Namizədə olan tələblər:
–     maliyyə ixtisası üzrə ali təhsil, ixtisası üzrə 3 ildən az olmayan əmək stajı (peşəkar mühasib sertifikatının olması arzuolunandır).
Dil bilikləri:
–     Azərbaycan dili (ingilis və rus dillərini bilmək arzuolunandır).
Kompüter biliklərinə dair tələblər:
–     Mühasibat uçotu proqram təminatından və İnternet Vergi İdarəsi portalından istifadə bacarığı;
–     MS Office proqramlarından istifadə - yaxşı səviyyə;
–     internetdən istifadə - yaxşı səviyyə.
Şəxsi xüsusiyyətlər:
–     məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət keyfiyyətlərə sahib olmaq;
–     yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı;
–     təşəbbüskarlıq;
–     zamanı effektiv idarəetmə bacarığı.

Digər məlumatlar:
Əvvəlki təcrübə haqqında ətraflı məlumat və fotoşəkil əlavə edilmiş CV; mövzu sətrində vakansiyanın adı qeyd olunmalı və 5 fevral 2024-cü il (saat 15:00-dək) tarixinədək info@lhri.az email-nə göndərilməlidir.




Dərc olunub : 2024-01-30 10:55:00
Oxunma sayı : 318