Mühasib vəzifəsi üzrə vakansiya elan edilir
İşə qəbul edən qurum: “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs
Struktur bölmə: Maliyyə şöbəsi
Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
– İnstitutda büdcə, mühasibat uçotu və hesabatlılığın təşkili və aparılmasını müəyyən olunmuş qanunvericiliyə əsasən təşkil etmək və aparmaq;
– İnstitutun aktivlərinin, öhdəliklərinin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunu aparmaq;
– “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”na uyğun olaraq İnstitutun uçot siyasətini həyata keçirmək;
– İnstitutun büdcə və büdcədənkənar vəsaitlərinin proqnozlarının yerinə yetirilməsini təmin etmək;
– İnstituta ayrılmış büdcə və büdcədənkənar vəsaitlərin qanunvericiliyin tələblərinə uyğun qaydada icra olunmasını təmin etmək.
Vəzifə: mühasib
Vəzifə maaşı: 1500 manat
Vəzifə öhdəlikləri:
– xərclər smetasının tərtib edilməsində iştirak etmək;
– aktivlərin, öhdəliklərin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılması;
– növbəti büdcə ili üzrə İnstitutun büdcə layihəsinin hazırlanmasında iştirak etmək;
– İnstitutun mühasibat uçotunun aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim edilməsi;
– İnstitutun maliyyə-təsərrüfat fəaliyyətinin təhlil edilməsi, onların səmərəliliyinin artırılması barədə təklif verilməsi;
– İnstitutun maliyyə vəsaitlərinin, mal-materialların, əsas vəsaitlərin uçotunun, onların hərəkəti ilə əlaqədar əməliyyatların mühasibat uçotu sənədlərində düzgün əks etdirilməsinə nəzarət edilməsi;
– İnstitutun işçilərinə əmək haqqının, mükafat, ezamiyyə və s. digər ödənişlərin və xərclərin hesablanmasının təmin edilməsi və qanunvericiliklə müəyyən edilmiş tutulmaların həyata keçirilməsi;
– İnstitutun fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə maliyyələşmənin tərtib edilməsi və pul vəsaitlərinin təyinatı üzrə xərclənməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi;
– İnstitutun inventarizasiya komissiyasının işində nümayəndə vasitəsilə iştirak edilməsi;
– İnstitutun fəaliyyət istiqamətlərinə uyğun olaraq ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi;
– İnstitutun müəyyən edilmiş ştat sayı və əməyin ödənilməsi fondu dairəsində hazırlanmış ştat cədvəllərinin layihələrinə rəy verilməsi.
Namizədə olan tələblər:
– maliyyə ixtisası üzrə ali təhsil, ixtisası üzrə 3 ildən az olmayan əmək stajı (peşəkar mühasib sertifikatının olması arzuolunandır).
Dil bilikləri:
– Azərbaycan dili (ingilis və rus dillərini bilmək arzuolunandır).
Kompüter biliklərinə dair tələblər:
– Mühasibat uçotu proqram təminatından və İnternet Vergi İdarəsi portalından istifadə bacarığı;
– MS Office proqramlarından istifadə - yaxşı səviyyə;
– internetdən istifadə - yaxşı səviyyə.
Şəxsi xüsusiyyətlər:
– məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət keyfiyyətlərə sahib olmaq;
– yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı;
– təşəbbüskarlıq;
– zamanı effektiv idarəetmə bacarığı.
Digər məlumatlar:
Əvvəlki təcrübə haqqında ətraflı məlumat və fotoşəkil əlavə edilmiş CV;
mövzu sətrində vakansiyanın adı qeyd olunmalı və 28 iyun 2024-cü il (saat 15:00-dək) tarixinədək info@lhri.az email-nə göndərilməlidir.
Dərc olunub : 13-06-2024
Oxunma sayı : 259