Çoxşaxəli beynəlxalq hüquq

“Çoxşaxəli beynəlxalq hüquq”. AMEA İnsan Hüquqları İnstitutunun yaradılmasının 15 illiyinə həsr olunmuş kitab İnstitutun yaradıcısı və ilk direktoru, siyasi elmlər doktoru, mərhum professor Rövşən Mustafayevin “İnsan hüquqları – fərdi insan edən meyarlar” adlı ön sözü ilə açılır. Burada cəmiyyətdə aparılan islahatlara əhəmiyyətli mənəvi yardım məqsədilə İnsan Hüquqları üzrə Beynəlxalq Elmi Şuranın yaradılması layihəsi barədə məlumat verilir. Oxucular Şuranın Ekspert Komissiyasının “Seçkilər və insan hüquqları”, “Mədəni irsə malik olmaq hüququ” və s. rəsmi məlumatları ilə, həmçinin Şuranın yaradılması münasibətilə xarici ölkələrdən göndərilmiş məktub və rəylərlə də tanış ola bilərlər. Nəşrdə “Xocalı hadisələri beynəlxalq hüquqa əsasən soyqırımı kimi qiymətləndirilir”, “Армяно-Азербайджанский Hагорно-Карабахский конфликт через призму норм международного права”, “Azərbaycanda insan hüquqları və milli qanunvericilik”, “Crimes in Syria and Nagorno-Karabakh conflict: international humanitarian law study”, “BTC neft kəmərinin hüquqi rejimində ekoloji təhlükəsizlik standartları və ətraf mühitin beynəlxalq mühafizəsi” və digər materiallar çoxşaxəli beynəlxalq hüququn ayrı-ayrı məsələlərinə həsr olunub.




Dərc olunub : 2013-07-02 12:25:00
Oxunma sayı : 21