Nazim Cəfərli: Müqaisəli hüquqşünaslıq (dərs vəsaiti)

Bu dərs vəsaitində müqaisəli hüququn anlayışı, predmeti və mahiyyəti araşdırılır. Müqaisəli hüquqşünaslığın yaranma tarixi və formalaşması, təkmilləşməsi prosesi, onun metod, elm və ya tədris fənni olması məsələsinə aydınlıq gətirilmişdir. Dünyada mövcud hüquq sistemləri, hüquq ailələri, bütövlükdə dünyanın hüquq xəritəsi təhlil olunur. Əsas hüquq sistemlərinin oxsar və fərqli cəhətləri araşdırılır. Roma-Alman, Anqlo-sakson və dini ənənəvi hüquq sistemlərinin tarixən dünyanın hüquq mənzərəsində oynadığı rol, müasir qloballaşan dünyada onların inteqrasiyasına nəzər salınır. Habelə beynəlxalq və milli hüquq sistemlərinin qarşılıqlı əlaqəsi və bir-birinə yaxınlaşmasının səbəbləri və nəticələri araşdırılır.

Kitabdan ali məktəblərin “hüququşünaslıq”  ixtisası üzrə təhsil alan tələbələri, magistrlar, müəllimlər, hüquqşünas alimlər və geniş oxucu kütlələri istifadə edə bilərlər.




Dərc olunub : 2019-01-30 15:00:00
Oxunma sayı : 35