18 Oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf və qürur hisslərilə yazılmış əlamətdar bir gündür. SSRİ-nin süquta uğraması nəticəsində Azərbaycan xalqı ikinci dəfə öz dövlət müstəqilliyini yenidən bərpa etdi.
1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında müzakirələr aparılaraq oktyabrın 18-də “Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi.
Konstitusiya Aktı siyasi və iqtisadi münasibətlərin fundamental prinsiplərini, təbii sərvətlərin xalqa mənsub olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini, vətəndaşların seçki hüququnun və çoxpartiyalı sistemin təmin olunmasını özündə ehtiva edib.
1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi hər il bayram kimi qeyd edir. Biz də öz növbəmizdə dövlətimizin müstəqilliyinin əbədi və sarsılmaz olmasını diləyirik.


Dərc olunub : 18-10-2022

Oxunma sayı : 240