“Qonaq elmi işçilərin mübadiləsi proqramı” çərçivəsində RUSMPİ miqrasiya İnstitutunun direktoru Olqa Gulina “Azərbaycanda miqrasiya sahəsində institusional və hüquqi islahatlar prosesi” mövzusunda elmi tədqiqatı yerinə yetirmişdir.

AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu və XİN-in Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (Agentlik) birgə təşkil etdiyi “Qonaq elmi işçilərin mübadiləsi proqramı” çərçivəsində Berlin şəhərində yerləşən RUSMPİ Miqrasiya İnstitutunun direktoru Olqa Qulina 2016-cı ilin yanvar-mart aylarında “Azərbaycanda miqrasiya sahəsində institusional və hüquqi islahatlar prosesi” (“Institutional and legislative reform process in the field of migration in Azerbaijan”) mövzusunda elmi tədqiqatı yerinə yetirmişdir.

1 mart 2016-cı il tarixində qeyd olunan proqram çərçivəsində almaniyalı alim tədqiq etdiyi mövzunun təqdimatını təşkil etmişdir.

Təqdimatın sonunda o, müvafiq sertifikatla da təltif edildi.


Dərc olunub : 01-03-2016

Oxunma sayı : 2