Əməkdaşımız İlham Əliyev Qafqazşünasların III Beynəlxalq Forumunda çıxış edib

19-20 oktyabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və AMEA-nın Qafqazşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda Qafqazşünasların III Beynəlxalq Forumu keçirilmişdir.
Forumda İnstitutumuzu hüquq üzrə fəlsəfə doktoru İlham Əliyev təmsil edərək“Vətən müharibəsi və onun hüquqi nəticələri” mövzusunda məruzəçi qismində çıxış edib.
Məruzəçi çıxışında qeyd edib ki, Azərbaycan Respublikası göstərilən silahlı münaqişədə beynəlxalq hüququn prinsiplərinə və beynəlxalq ictimaiyyətin rəyinə tam uyğun olaraq, dövlətin ərazi bütövlüyü və toxunulmazlığı mövqeyində qətiyyətlə dayanır. O, bildirib ki,beynəlxalq silahlı münaqişənin dayandırılmasının əsas forması ümumi barışıq haqqında sazişdir.
Çıxışçı son onilliklərdə dərin böhran yaşayan beynəlxalq hüquq sisteminin simasını məhz 44 günlük Vətən müharibəsinin xilas etdiyini də vurğulayıb. Sonda məruzəçilərə sertifikatlar təqdim olunub.




Dərc olunub : 2022-10-20 12:22:00
Oxunma sayı : 12