Əməkdaşımızın məqaləsi Fransanın nüfuzlu jurnalında işıq üzü görüb

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Həcər Verdiyevanın “İlk xristian kilsəsi qədim Azərbaycanda inşa edilmişdir” (La première église chrétienne a été construite en Azerbaïdjan ancien) adlı məqaləsi Fransanın nüfuzlu “Musulmans en France” (Fransanın müsəlmanları) jurnalında nəşr olunub.
Müəllif məqalədə qədim Azərbaycan ərazisində ilk xristian kilsəsi və məbədlərinin yaranması tarixi, Qafqaz Albaniyasında xristianlığın yayılması və onun təsir arealı, eləcə də o dövrün dini müxtəlifliyi haqqında müfəssəl məlumat verir. Həmçinin qeyd edilir ki, XII əsr Azərbaycan ərazisində xristian memarlığının intibah dövrü kimi dəyərləndirilə bilər. Məqalədə Dağlıq Qarabağ və Zəngəzur ərazisində xristianlığın yayılması məsələləri də tədqiqata cəlb edilib.
Onu da qeyd edək ki, adıçəkilən məqalədə Azərbaycan ərasizində xristianlığa qədərki, xristianlıq, eyni zamanda İslam memarlığının özünəməxsusluğu, onlar arasında sıx və qarşılıqlı əlaqə, Azərbaycanda dini memarlıq sənətinin xüsusiyyətləri avropalı oxucuların diqqətinə çatdırılıb.
Həcər Verdiyevanın bu məqaləsi avropalılara, ələlxüsus ermənilərin daha geniş arealda yayıldığı Fransadan olan oxuculara bir daha erməni yalanını ifşa edir.
Məqaləni linkə daxil olmaqla oxuya bilərsiniz.


Dərc olunub : 21-02-2021

Oxunma sayı : 16