Əməkdaşımız Eldəniz Mehrəliyev “Aktiv vətəndaş-4” müsabiqəsinin qalibi seçilib

6 dekabr tarixində İnstitutumuzun əməkdaşları Eldəniz Mehrəliyev və Araz Abdullasoy Onlayn İctimai Nəzarət Platforması www.enezaret.az layihəsinin rüblük yekunlarına dair keçirilmiş dəyirmi masada iştirak etmişlər.
Bu platformanın yaradılmasında əsas məqsəd ictimai maraq doğuran bəzi məsələlər (yollar, infrastruktur, abadlıq və s.) ilə bağlı vətəndaşlardan video və foto sübutlarla məlumat almaq və onların aidiyyəti dövlət orqanlarında həllinə nail olmaqdır.
Rübün nəticələrinə görə müxtəlif dövlət qrumlarının fəaliyyəti müxtəlif təltiflər və təşəkkürnamələrlə qiymətləndirilib. Həmçinin, İnstitutumuzun gənc əməkdaşı Eldəniz Mehrəliyev platforma tərəfindən keçirilən “Aktiv vətəndaş-4” müsabiqəsinin qalibi seçilmişdir. Əməkdaşımız platformaya 28 müraciət göndərməklə birinci yerə çıxmışdır.




Dərc olunub : 2022-12-07 00:58:00
Oxunma sayı : 24