Əməkdaşımız BDU-nun Hüquq fakültəsinin təşkil etdiyi debatda iştirak edib

19 dekabr tarixində İnstitumuzun əməkdaşı İsaməddin Xamoyev Bakı Dövlət Universitetində təşkil edilmiş “Səhnələşdirilmiş parlament debatı” adlı simulyasiya tədbirində iştirak etmişdir. Bakı Dövlət Universitetinin SABAH Qruplarının və Hüquq fakültəsinin tələbələrinin birgə iştirakı ilə keçirilmiş tədbirdə “Sosial təhlükəsizlik haqqında” Qanun layihəsi müzakirə edilmişdir.
Tədbir tələbələrin parlament debatı aparmaq mədəniyyətinin, hüquq düşüncəsi və hüquq mədəniyyətinin, normativ hüquqi aktlara müstəqil münasibət bildirmək, mühakimə irəli sürmək və təhlillər aparmaq bacarıqlarının formalaşdırılması, həmçinin, natiqlik bacarıqlarının inkişaf etdirilməsi və tələbələrin normayaradıcılıq prosesinə fəal surətdə cəlb edilməsi məqsədilə təşkil olunmuşdur.
Tədbirdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı h.ü.f.d., Zaur Əliyev, BDU-nun “Əmək və ekologiya hüququ” kafedrasının müəllimi h.ü.e.d., professor Mais Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, h.ü.e.d., professor, İsaxan Vəliyev və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının hüquq və humanitar elmlər kafedrasının müdiri, h.ü.f.d., Hakim Əzizov və başqaları iştirak etmişlər.
Debatda müvafiq rolları canlandıran tələbələrə təşəkkürnamələr təqdim edilmişdir.




Dərc olunub : 2022-12-19 11:39:00
Oxunma sayı : 51