Əməkdaşlarımız “Avropa məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” layihəsinin təqdimatında iştirak ediblər

21 oktyabr tarixində Avropa Şurasının Bakıdakı Ofisinin təşkilatçılığı ilə “Avropa məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində konfrans keçirilmişdir.
Tədbirdə layihənin təqdimatı keçirilmiş, daha sonra “Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasında Ali Məhkəmənin rolu”, “Avropa Məhkəməsi qərarlarının üzv dövlətlər tərəfindən icrası sahəsində qabaqcıl təcrübələr”, “Hüquq mütəxəssislərinin davamlı təhsilinin təşkili: nailiyyətlər və çağırışlar” və “İnsan hüquqlarının müdafiəsi mexanizmlərinin fəaliyyətində vəkillərin rolu” mövzularında çıxışlar edilmişdir.
Konfransda institutumuzu h.e.d., professor Əli Rzayev və Fərid Ələkbərov təmsil etmişlər.
Tədbirin sonunda konfrans iştirakçıları arasında Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlıyaranmış aktual problemlərin müzakirələri aparılmışdır.


Dərc olunub : 24-10-2022

Oxunma sayı : 40