Əməkdaşlarımız onlayn vebinarda iştirak ediblər

15 dekabr tarixində əməkdaşlarımız İdris Zakirov və Günel Əliyeva ECNL-in təşkilatçılığı ilə (Qeyri-kommersiya hüququ üzrə Avropa Mərkəzi) “Vətəndaş cəmiyyətini məhdudlaşdıran çirkli pulların yuyulmasına qarşı tədbirlər: sübuta əsaslanırmı?” mövzusunda ZOOM platforması üzərindən keçirilmiş onlayn vebinarda iştirak etmişlər.
Görüşdə Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) eksperti Ben Evans və Vanja Skoric (ECNL) tərəfindən müxtəlif ölkələrdə çirkli pulların yuyulmasına qarşı mübarizə tipologiyaları və çirkli pulların yuyulmasına qarşı tədbirlər haqqında hesabat səsləndirilmişdir.
Vebinarda vətəndaş cəmiyyəti nümayəndələrinin təmsil etdikləri ölkələrdə QHT-lərin mövcud problemləri, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə, çirkli pulların yuyulması və qeyri kommersiya təşkilatları, çirkli pulların yuyulmasına qarşı tədbirlər, həmçinin qeyri-kommersiya sektorunda milli risklərin qiymətləndirilməsi, çirkli pulların yuyulması ilə bağlı tənzimləmə, sui-istifadə və risk sübutları, siyasi maliyyələşməyə nəzarət, çirkli pullarin yuyulması öhdəliyi, şəffaflıq və onların hüquqi təhlili baradə geniş müzakirələr aparılmışdır.
Görüşdə Oluseyi Babatunde Oyebisi (NNNGO –Nigeria), Doaa Far, (ICNL MENA –MENA Regional), Miguel de la Vega, (UnidOSC – Mexico), Hanna Surmatz, (Philea- EU Regional) və başqaları çıxış etmişdir.
Görüşün sonunda iştirakçıların müvafiq sahə üzrə sualları müzakirə edilmiş və gələcəkdə bu kimi onlayn görüşlərin keçirilməsinin vacibliyi vurğulanmışdır.




Dərc olunub : 2022-12-15 20:09:00
Oxunma sayı : 18