Hüquqşünaslarımız onlayın müzakirələrdə iştirak ediblər

7 və 8 noyabr tarixlərində İnstitutumuzun hüquqşünasları İlham Əliyev və Zaur Əhmədov “Mediasiya və məhkəmə ekspertizası: Ədliyyə sistemində gender fərqi və həssas marjinal qrupların ədalət mühakiməsinə çıxış imkanı” mövzusunda keçirilmiş onlayın müzakirələrdə iştirak etmişlər.
Müzakirələrdə mediasiyanın səmərəliliyi, keyfiyyətli mediasiya xidməti göstərilməsinin və vətəndaşların məmnunluq prinsipinin təmin edilməsi, müdafiə işlərinə olunan maneələrin aradan qaldırılması və həmçinin, keyfiyyətli hüquqi yardım xidməti göstərilməsinin vacibliyi diqqətə çatdırılmışdır. Eyni zamanda, vəkil sorğusunun effektivliyini təmin etmək üçün bu sorğuların cavablandırılması müddətlərinin qanunvericiliklə müəyyən edilməsinin zəruriliyi qeyd olunmuşdur.
Tədbirdə Azərbaycanda qadınların şəxsi, sosial, iqtisadi və siyasi azadlıqlarını məhdudlaşdıran ənənəvi gender rollarını və stereotiplərini aradan qaldırmaq məqsədilə cəmiyyətin transformasiyasına yönəlmiş sistemli və ardıcıl səylərin olmaması qeyd edilmişdir.
Müzakirə iştirakçıları alternativ məhkəmə ekspertizası qurumlarının formalaşdırılması üçün qanunvericiliyə dəyişikliklər edilməsini və məhkəmə ekspertizasının dövlətin inhisarından çıxarılması ilə müstəqil ekspertiza qurumlarının yaradılmasını zəruri hesab etmişlər.




Dərc olunub : 2022-11-10 11:16:00
Oxunma sayı : 18