Təlimçi əməkdaşlarımız təlim sessiyalarında iştirak ediblər

17-18 oktyabr tarixlərində BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsi ilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması” layihəsi çərçivəsində “Yerli milli insan hüquqları institutlarının ekspertləri üçün Biznes və insan hüquqları və milli insan hüquqları institutlarının rolu haqqında təlimçilərin təlimi sessiyaları” mövzusunda təlim keçirilib.
Təlimin aparıcısı Sloveniyanın Nyu Universitetinin əməkdaşı, hüquq üzrə fəlsəfə doktoru, professor Jernej Letnar Çerniç olmuşdur.
Təlimdə “Biznesdə insan hüquqlarının müdafiəsi və insan hüquqlarının dövlət vəzifəsi”, “Biznes və insan hüquqlarında milli insan hüquqları institutlarının rolu”, “İnsan hüquqlarına bağlı korporativ məsuliyyət” və digər mövzularda sessiyalar keçirilmişdir.
Tədbirdə institutumuzu Araz Abdullasoy və Fərid Ələkbərov təmsil etmiş, sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.




Dərc olunub : 2022-10-19 12:05:00
Oxunma sayı : 29