Polis Akademiyasında “Beynəlxalq insan hüquqları hüququ” mövzusunda mühazirə keçirilib
19 noyabr tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-eksperti Heydər Həsən oğlu Əliyev tərəfindən kursantlar üçün “Beynəlxalq insan hüquqları hüququ” mövzusunda mühazirə keçirilib.
Mühazirənin təşkil olunmasında məqsəd kursantların beynəlxalq insan hüquqları hüququ sahəsində biliklərinin artırılması, insan hüquqlarının beynəlxalq müdafiə mexanizmləri və standartları barədə məlumatlılığının genişləndirilməsi, xüsusilə gələcək xidməti fəaliyyətlərində insan hüquq və azadlıqlarının qorunması prinsiplərinə riayət olunmasının əhəmiyyətinin aşılanması olub.
Bununla yanaşı, polis fəaliyyətində insan hüquqlarının təmin edilməsi və polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən beynəlxalq insan hüquqları standartlarına riayət etməsinin əhəmiyyəti müzakirə olunub. Beynəlxalq humanitar hüququn anlayışı, əsas prinsipləri, tətbiq sahəsi və insan hüquqları ilə qarşılıqlı əlaqəsi də mühazirənin əhatə etdiyi əsas məsələlər sırasında yer alıb.
Dərc olunub : 23-11-2026
Oxunma sayı : 27