Polşa elmlər akademiyası siyasi elmlər İnstitutunun aspirantı Anna Virovskaya AMEA-nın İnsan hüquqları üzrə elmi-tədqiqat İnstitutunda olmuşdur.

04 iyun 2015-ci ildə Varşava Collegium Civitas Universitetinin müəllimi, Polşa Elmlər Akademiyası Siyasi Elmlər İnstitutunun aspirantı Anna Virovskaya AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda olmuşdur. İnstitutun elmi işlər üzrə direktor müavini professor, elmlər doktoru Lalə Əhmədova polşalı qonağa institutun insan hüquqları sahəsində həyata keçirdiyi fəaliyyət və Azərbaycanın son illər əldə etdiyi sosial-iqtisadi inkişaf haqqında ətraflı məlumat vermişdir. İnstitutun Milli təhlükəsizlik və erməni araşdırmaları şöbəsinin böyük elmi işçisi Esmira Orucova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münqişəsinin tarixi köklərindən, bu münaqişə nəticəsində öz yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyəti barədə tədqiqatçı qonağa geniş müsahibə vermişdir. Qeyd etmək lazımdır ki, Anna Virovskaya “Azərbaycanda məcburi köçkünlərin vəziyyəti” mövzusunda elmi iş üzərində tədqiqat aparır.

Görüşdə Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Təranə Yaqubova və Nağı Əhmədov da iştirak etmişlər.  




Dərc olunub : 2015-06-04 17:44:00
Oxunma sayı : 2