«Ən yaxşı vətənpərvər tədqiqatçı alim» qızıl medalının təqdimat mərasimi

 18 aprel 2017-ci il tarixdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda “Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə istedadlı gənc tədqiqatçıların hazırlanması, onlara vətənpərvərlik hisslərinin aşılanmasında səmərəli fəaliyyətinə, inzibati hüquq, maliyyə hüququ, informasiya hüququ, dövlət qulluğunun konstitusiyon-hüquqi problemləri, dövlət qulluğunun hüquqi əsaslarının tədqiq edilməsi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, elmi əsərlərinə və ölkədə hüquq elminin inkişafı üçün göstərdiyi xidmətlərinə görə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Mülkü hüquq, mülkü proses və sosial-iqtisadi hüquqlar şöbəsinin baş elmi işçisi, hüquq elmləri doktoru, dosent Əli Heydər oğlu Rzayev “ Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif edilmişdir.


Dərc olunub : 11-12-2017

Oxunma sayı : 13