“Tibb hüququ” kursu üzrə ilk testlər toplusu nəşr olundu

AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmlər doktoru, professor Aytən Mustafazadə və institutun “Hüquq sahələrinin müqaisəli təhlili” şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Zamiq Aslanovun həmmüəllifliyi ilə hazırlanmış “Tibb hüququ” kursu üzrə testlər toplusu (tədris-metodik vəsait) çapdan çıxıb.
Vəsait hüquq və tibb təhsili verən ali təhsil müəssisələrinin müəllimləri, magistrantları, doktorantları və tələbələri, səhiyyə və sosial xidmət işçiləri və bütövlükdə tibbi fəaliyyətin hüquqi tənzimi məsələləri ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.


Dərc olunub : 05-03-2019

Oxunma sayı : 14