“Qarabağın xristian irsi “nifaq alması” kimi: münaqişə tarixinə baxış”

Azərbaycan 2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində öz ərazilərini erməni işğalından azad etdikdən sonra Cənubi Qafqazın tarixində yeni dövr başlayıb. Daim alovlanan Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün mühüm şans yaranıb. bir əsrdən çoxdur. İşğal edilmiş ərazilərdə minlərlə dağıdılmış şəhər və kəndlər, qəbiristanlıqlar, məscidlər, kilsələr və digər tarix və memarlıq abidələri qalmışdır. Bu irsin, ilk növbədə dini və tarixi yerlərin bərpası sürətlə davam edir.
Bu fikirlər AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, "Qafqaz Tarixi Mərkəzi"nin direktoru Rizvan Hüseynovun "İrs History" jurnalında ingilis dilində işıq üzü görən "Christian heritage of Karabakh as ‘apple of discord': Overview of conflict history" (“Qarabağın xristian irsi “nifaq alması” kimi: münaqişə tarixinə baxış”) adlı məqaləsində yer alıb.
Müəllif vurğualyıb ki, Azərbaycanda yerli alban-udi icmaları əsasında Alban Avtokefal Apostol Kilsəsinin dirçəldilməsi prosesi davam edir. 2003-cü ildə alban udi xristian icmasının Azərbaycan Respublikasında qeydiyyata alınması bu istiqamətdə ilk addım olub. 2010-cu ildə Oğuz şəhərinin Xristian udi icması qeydə alınıb. İşğal olunmuş ərazilər azad edildikdən sonra alban xristian ziyarətgahları bərpa olunur və onların bir qismi Azərbaycanın xristian icmalarına veriləcək.
Adıçəkilən məqalənin tam mətnini linkə daxil olaraq oxuya bilərsiniz.




Dərc olunub : 2021-12-08 16:33:00
Oxunma sayı : 15