Qrafik dizayner vəzifəsi üçün vakansiya elan edilir
İşə qəbul edən qurum: “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs
Vəzifə: Qrafik dizayner
Vəzifə maaşı: 1500 AZN
Vəzifə öhdəlikləri:
- verilən tapşırıqlarla bağlı eskizlər hazırlamaq;
- təklif edilən dəyişiklikləri dizayna daxil etmək;
- veb-saytlar üçün konsepsiya və qrafika yaratmaq;
- loqo və korporativ stil hazırlamaq;
- verilən tapşırıqların dizayn üslubu, formatı, çapı və müddətləri barədə təkliflər təqdim etmək;
- İnstitutun veb-saytının, sosial media hesablarının, nəşr olunan kitabların, jurnalların, bukletlərin və digər çap məhsullarının dizaynını hazırlamaq;
- promomateriallar üçün dizayn hazırlamaq;
- reklam materialları (küçə reklamları, mətbuat, sosial media, veb-sayt üçün şəkillər və s.) hazırlamaq.
Namizədə olan tələblər:
- yaradıcı olmaq;
- Photoshop, İnDesign, İllustrator, Corel Draw proqram təminatlarında işləmək və təsvirlər yaratmaq bacarığına malik olmaq;
- dizayn bacarıqlarına malik olmaq;
- komanda ilə işləmə bacarığına malik olmaq;
- ümumi 3 il, müvafiq sahə üzrə 2 il iş stajı.
Digər məlumatlar:
Fotoşəkil əlavə edilmiş CV mövzu sətrində vakansiyanın adı qeyd olunmaqla 7 oktyabr 2024-cü il saat 16:00-dək İNFO@LHRİ.AZ email ünvanına göndərilməlidir.
Dərc olunub : 25-09-2024
Oxunma sayı : 128