İnstitutun nümayəndəsi tədbirdə iştirak edib

Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyəti sədrinin müavini Natəvan Rüstəmova 27 fevral 2023-cü il tarixində Onlayn İctimai Nəzarət Platforması  www.enezaret.az layihəsinin rüblük yekunlarına dair dəyirmi masada iştirak edib.
“E-nəzarət” platforması vətəndaşların ictimai iştirakçılıq hüququnun təmin edilməsi və ictimai nəzarətin həyata keçirilməsi baxımından səmərəli bir alətdir. Platformadan istifadə edən vətəndaşlarımız öz icmalarında mövcud olan infrastruktur və abadlıq işləri ilə əlaqədar problemləri dövlət orqanlarının diqqətinə çatdırıb, onların həllində iştirak etmiş olurlar.




Dərc olunub : 2023-02-27 12:54:00
Oxunma sayı : 59