AMEA insan hüquqları üzrə elmi tədqiqat İnstitutu 2013-cü ilə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 23/3 №-li 20 noyabr 2013-cü il tarixli qərarına əsasən fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və ya dissertanturaya (ali təhsili olan ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Doktoranturaya və ya dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

• ərizə ( institut rəhbərinin adına);

• kadrların şəxsi-qeydiyyat vərəqi;

• tərcümeyi-hal;

• iş yerindən xasiyyətnamə;

• 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

• iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

• çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş sureti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

• şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya və ya dissertanturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Doktoranturaya və ya dissertanturaya sənədlər noyabr ayının 27-dən dekabr ayının 20-dək qəbul edilir.

 

Qəbul imtahanları dekabr ayının 25-dən başlanır.




Dərc olunub : 2013-11-27 10:43:00
Oxunma sayı : 1