Şamaxı: 100 il "tam məxfi qrifi" altında

Həm respublikada və həm də xarici ölkələrdə ciddi elmi araşdırmaların, monoqrafiya və məqalələrin müəllifi kimi tanınan, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadənin (Novruzoğlunun) xarici müəlliflərlə hazırlanmış bu kitabı 1918-ci ildə erməni terrorcu birləşmələrinin Şamaxıda törətdikləri soyqırımı ilə bağlı yazılan kitabların sırasında özünəməxsus yer tutur. Kitab müəllifin Suriya, İraq, İran, Livan ölkələrindəki ermənilərə məxsus kitabxana, kilsə arxivlərindən, şəxsi qovluqlardan əldə etdiyi fakt və sənədlər əsasında qələmə alınıb. Bu zaman ona həmin ölkələrin Azərbaycanı sevən alimləri də yardımcı olublar. Cünki adları müəllif kimi qeyd olunan xarici ölkə alimlərinin soy kökləri Şamaxıdan olub. Şübhəsiz, bütün bunlar da geniş oxucu kütləsinin kitaba olan marağını bir daha artıracaq.




Dərc olunub : 2014-04-29 14:14:00
Oxunma sayı : 18