Təcrübədə olan tələbələr ilk mühazirə dərsini keçdi

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutuna təcrübə keçmək üçün göndərilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının “Hüquqşünaslıq” və Azərbaycan Respublikası Prezidenti Yanında İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər” və “Politologiya” ixtisasları üzrə təhsil alan IV kurs bakalavr tələbələri üçün ilk mühazirə dərsi təşkil edilmişdir.
Mühazirədə institutun Elmi işlər üzrə drektor müavini, f.ü.e.d.Lalə Əhmədova institutun yaranması, fəaliyyəti, eləcə də şöbələrin fəaliyyət istiqamətləri haqqında slayd təqdimatla çıxış edərək tələbələrə izahlı məlumat verib.
Daha sonra “Beynəlxalq münasibətlər və insan hüquqları” şöbəsinin müdiri, s.e.d. Elşad Mirbəşiroğlu “Azərbaycan-Ermənistan münasibətləri Beynəlxalq müstəvidə” mövzusunda çıxış edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Dərc olunub : 19-02-2019

Oxunma sayı : 19