İstehsalat təcrübəsində olan tələbələrə elmi-praktik seminar keçirilmişdir

6 aprel 2018-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunda müxtəlif  universitetlərdən - Bakı Dövlət Universitetinin  Hüquq fakültəsinin “Dövlət hüququ”, “Mülkü və təsərrüfat hüququ” , “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ,Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin “Beynəlxalq münasibətlər”, “Hüquqşünaslıq”, “Politologiya” ixtisasının, Azərbaycan Dillər Universitetinin“Beynəlxalq münasibətlər və idarəetmə” fakültəsinin, Azərbaycan Turizm və Menecment Universitetinin “Beynəlxalq münasibətlər”, Bakı Avrasiya Universitetinin “Regionşünaslıq” (ABŞ və Kanada ölkələri üzrə)ixtisaslarına yiyələnmək istəyən tələbələr üçün istehsalat təcrübəsi ərəfəsində görülən işlərlə bağlı elmi-praktik seminar keçirilmişdir.

Seminarda AMEA Hüquq vəİnsan Haqları İnstitutunun alimləri iştirak etmiş, həmçinin tələbələri maraqlandıran suallar ətrafında  geniş müzakirələr aparılmışdı.


Dərc olunub : 06-04-2018

Oxunma sayı : 13