“Süni intellekt və robot texnikasi insan hüquqlari kontekstində”

“Süni intellekt və robot texnikasi insan hüquqlari kontekstində” adlı topluda süni intellektin mövcud hüquq sistemləri çərçivəsində tətbiqi, әmәk resurslarına və sosial sahəyə tәsiri, eləcə də sözügedən müasir texnologiyaların cәmiyyәtin vә dövlәtin tәhlükәsizliyi üçün yaratdığı tәhdidlәr haqqında məqalələr yer almışdır. Həmçinin topluda süni intellekt və hüququn qarşılıqlı əlaqəsi ilə bağlı müasir dövrdə meydana çıxmış problemlər, o cümlədən süni intellektin hüquqi tənziminin aktuallığı və bu sahədə mövcud yanaşmalar və çağırışlar, süni intellektin hüquqi statusu, ona hüquqların (vəzifələrin) verilməsinə dair diskussiyalar, süni intellektin hüquqi məsuliyyəti problemi, süni intellekt və insan hüquqları, eləcə də süni intellekt, hüquqtətbiqetmə fəaliyyəti və hüquqşünaslıq peşəsi ilə bağlı məsələlər təhlil edilmiş və həmin problem məsələlərin rasional həlli ilə bağlı müəllifin mövqeyini ifadə edən bir sıra mülahizə və təkliflər irəli sürülmüşdür. Eyni zamanda, hazırkı şəraitdə texnoloji inkişafla insan hüquqlarının təminatı arasında düzgün və optimal balansın müəyyən edilməsində səmərəli hüquqi tənzimetmənin həlledici rolu xüsusi vurğulanmışdır.




Dərc olunub : 2020-01-29 09:55:00
Oxunma sayı : 96