Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər

Kitab müasir Azərbaycan tarixində ən böyük qələbə, dövlət suverenliyinin bərpasını şərtləndirən 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətləri, çıxışları və müsahibələrinin üç istiqamətdə təhlilinə həsr olunmuşdur.

Nəşrdə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ideyalarının - ordu quruculuğu, vətənpərvərlik ruhunun yüksəldilməsi, beynəlxalq müstəvidə Azərbaycanın ədalətli mövqeyinin təsdiqi, “bir millət, iki dövlət” münasibətlərinin yüksək səviyyəyə çatdırılması və s. məsələlərin reallaşdırılması araşdırılaraq təhlil olunmuşdur

İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq, beynəlxalq cinayət hüququ prizmasından dəyərləndirilərək Azərbaycan ordusunun fəaliyyətinin hüquqauyğunluğu, beynəlxalq cinayət törətmiş təcavüzkarların cinayət məsuliyyətinə alınmasının zəruriliyi əsaslandırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətləri, çıxışları və müsahibələrində söylədiyi fikirlər Attila, Yuli Sezar, Çingiz xan, Əmir Teymur, Səlahəddin Əyyubi, Vudro Vilson, Uinston Çörçill, Şarl de Qoll, Atatürk, Konstantin Jukov və digərlərinin fəaliyyətləri ilə siyasi paralellər aparılmaqla, Nürnberq prosesinin sənədləri, eyni zamanda Qurani-Kərimin ayələri və “Kitabi-Dədə Qorqud”da əksini tapanlarla müqayisəli şəkildə təqdim olunmuşdur.

Kitab 44 günlük İkinci Qarabağ müharibəsindəki qələbənin diplomatik, hüquqi, siyasi və mənəvi aspektləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 


Dərc olunub : 09-12-2025

Oxunma sayı : 11