Hüquq və İnsan Haqları İnstitutu təcrübə proqramı elan edir!

Kimlər müraciət edə bilər?

·        Ali təhsil müəssisələrində hüquqşünaslıq və jurnalistika ixtisası üzrə 3-cü və 4-cü kurs bakalavr və ya magistratura pilləsində təhsil alan tələbələr

·        Göstərilən ixtisaslar üzrə yeni məzun olmuş gənclər

 

Təcrübə proqramının müddəti və yerlərin sayı:

·        4 və ya 8 həftə müddətində

·        tələbələr üçün yarım iş günü rejimi nəzərdə tutulur 

·        hər ixtisas üzrə 3 təcrübəçinin seçilməsi nəzərdə tutulur

 

Təcrübə proqramında iştirak etmək istəyən şəxslər öz CV-lərini  15 yanvar 2025-ci il  tarixədək info@lhri.az elektron poçt ünvanına göndərə bilər.

Təcrübə proqramı ödənişsizdir.

Təcrübə proqramını uğurla bitirmiş şəxslər sertifikatla təltif olunacaqlar.


Dərc olunub : 07-01-2025

Oxunma sayı : 69