Təkrar ELAN! Hüquqşünas – redaktor vəzifəsi üzrə vakansiya elan edilir

İşə qəbul edən qurum: “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs  
Vəzifə:  hüquqşünas – redaktor

Vəzifə maaşı: 1300 manat 

Vəzifə öhdəlikləri:

– normativ hüquqi akt layihələrini, hüquqi rəyləri, elmi, hüquqi, tədris, təlim materiallarını redaktə etmək;

başqa dildən tərcümə edilən hüquqi sənədləri, elmi məqalələri və hüquqi xarakterli digər mətnləri redaktə etmək;

təklif olunan düzəlişləri, əlavə və ixtisarları nəzərə almaqla materialların çap olunmasının mümkünlüyü haqqında rəy vermək;                                                    

– hüquqi yazı müəlliflərinə yazının strukturunun yaxşılaşdırılması, düzgün terminlərin seçilməsi və s. ilə bağlı lazımi kömək göstərmək.

Namizədə olan tələblər:

– ali hüquq təhsili;
– yazılı hüquqi redaktə sahəsində ən azı 5 il iş təcrübəsi;
– sürətli oxu və redaktə bacarığı;
– Windows, MS Office, İnternet və s. kompüter proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;
– hüquqi terminologiyanı yaxşı bilmək.

Digər məlumatlar:
Fotoşəkil əlavə edilmiş CV mövzu sətrində vakansiyanın adı qeyd olunmaqla 30 dekabr 2025-ci il saat 12:00-dək İNFO@LHRİ.AZ email ünvanına göndərilməlidir.


Dərc olunub : 23-12-2025

Oxunma sayı : 223