Təlimçi-ekspert vəzifəsi üzrə vakansiya elan edilir

İşə qəbul edən qurum: “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs

Struktur bölmə: İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsi

Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

– hüquqi maarifləndirmə işinin aparılmasında iştirak etmək;

– Azərbaycan Respublikasında hüquqi şüurun formalaşdırılmasında iştirak etmək;

– insan hüquqlarının beynəlxalq müdafiəsi mexanizmlərinin fəaliyyət təcrübəsini öyrənmək və təşviq etmək;

– dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi məqsədilə təlimlər keçirmək;

– hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün insan hüquqlarının problem məsələləri ilə bağlı təlimlər təşkil etmək və keçirmək;

– hüquqşünas məzunların stajorluq əsasında təcrübi vərdişlər mənimsəməsinə yardım etmək;

– qanun layihələrinin insan haqları prizmasından ekspertizalarının keçirilməsində və rəylərin hazırlanmasında iştirak etmək.

 

Vəzifə:  Təlimçi – ekspert

Vəzifə maaşı: 1900 manat

Vəzifə öhdəlikləri:

– hüquq, o cümlədən insan hüquqları sahəsində təlim modulları hazırlamaq;

– dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi üçün müvafiq sahələrdə təlimlər keçmək;

– hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün müvafiq sahədə təlimlər  keçmək;

– müasir rəqəmsal texnoloji həll imkanlarından istifadə etməklə müvafiq sahədə distant təlimlər keçmək;

– dinləyicilərin biliklərinin qiymətləndirilməsi metodikasını hazırlamaq və onun təkmilləşdirilməsi istiqamətində metodiki və təşkilati işlər görmək;

– təlim tələbatının öyrənilməsi istiqamətində təkliflər hazırlanmasında iştirak etmək; 

– dinləyicilərin təlim materialları (dərs vəsaitləri, kurs materialları, metodiki göstərişlər, mühazirələr, praktikumlar) ilə təmin edilməsində iştirak etmək;

– hüquqi maarifləndirmə işinin aparılmasında, o cümlədən hüquqi islahatların məzmunu və mahiyyəti barədə ictimaiyyətin məlumatlandırılmasında iştirak etmək, bu məqsədlə materiallar hazırlamaq;

– qanun layihələrinin insan haqları prizmasından ekspertizalarının keçirilməsində  və rəylərin hazırlanmasında iştirak etmək;

– beynəlxalq insan hüquqları təsisatlarının və beynəlxalq qeyri-hökumət təşkilatlarının müvafiq hüquq və qanunvericilik sahələri üzrə, xüsusən də Azərbaycanla bağlı qərar və hesabatlarını mütəmadi izləmək və müvafiq arayışlar hazırlamaq;

– müvafiq hüquq sahələri üzrə hazırlanan hüquqi akt layihələrinin və qüvvədə olan hüquqi aktların tənzimləyici təsirinin qiymətləndirilməsinə dəstək vermək;

– şöbəyə daxil olan müraciətlərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq.

 

Namizədə olan tələblər:

– Hüquqşünaslıq ixtisası üzrə ali təhsil, ixtisas üzrə 5 ildən az olmayan əmək stajı və 2 ildən az olmayaraq müvafiq sahədə təlim keçmə.

 

Dil bilikləri:

– Azərbaycan dili (ingilis dili B2 səviyyəsində tələb olunur, rus dilini bilmək arzuolunandır).

 

Kompüter biliklərinə dair tələblər:

– MS Office Proqramlarından istifadə - orta səviyyə;

– təqdimat hazırlama bacarığı (MS PowerPoint) - orta səviyyə;

– internetdən istifadə - orta səviyyə.

 

Şəxsi xüsusiyyətlər:

– hüquq sahəsində təlim keçmə bacarığı;

– məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət keyfiyyətlərə sahib olmaq;

– yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı.

 

Digər məlumatlar:

Əvvəlki təcrübə haqqında ətraflı məlumat və fotoşəkil əlavə edilmiş CV; mövzu sətrində vakansiyanın adı qeyd olunmalı və 19 mart 2024-cü il (saat 15:00-dək) tarixinədək info@lhri.az email-nə göndərilməlidir.


Dərc olunub : 13-03-2024

Oxunma sayı : 248