Tərcüməçi vəzifəsi üçün vakansiya elan edilir
İşə qəbul edən qurum: “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs
Vəzifə: Tərcüməçi (ingilis-azərbaycan-ingilis)
Vəzifə maaşı: 750 manat (0.5 ştat vahidi)
Vəzifə öhdəlikləri:
– elmi, hüquqi, tədris, təlim materiallarını, konfransların, iclasların, seminarların sənədlərini ingilis dilindən Azərbaycan dilinə və Azərbaycan dilindən ingilis dilinə tərcümə etmək;
– görüşlər və digər tədbirlərdə müvafiq dillərdən tərcümə etmək;
– xarici dildə olan materialların xülasəsinin hazırlanması.
Namizədə olan tələblər:
– ali təhsilli;
– yazılı tərcümə sahəsində ən azı 1 il iş təcrübəsi;
– sürətli tərcümə bacarığı;
– Windows, MS Office, İnternet və s. (yüksək səviyyədə)
– həm orijinal, həm də tərcümə dilində xüsusi terminologiyanı yaxşı bilmək;
– linqvistik bacarıqlara malik olmaq.
Digər məlumatlar:
Fotoşəkil əlavə edilmiş CV mövzu sətrində vakansiyanın adı qeyd olunmaqla 26 sentyabr 2024-cü il saat 16:00-dək İNFO@LHRİ.AZ email ünvanına göndərilməlidir.
Dərc olunub : 17-09-2024
Oxunma sayı : 101