İnstitutun YAP təşkilatının sədri tədbirdə iştirak edib

                                                 

 

25 yanvar tarixində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında “Müstəqil Azərbaycanın memarı: Ulu öndər Heydər Əliyev” adlı tədbir keçirilib. Hüquq və İnsan Haqları İnstitutunun ilk YAP təşkilatının sədri İlqar Xəlilov da tədbirdə iştirak edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbirin keçirilməsinin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamından irəli gəldiyini diqqətə çatdırıb.

Tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə böyük əhəmiyyətə malik olan misilsiz işlərindən söhbət açıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasını təmin edib. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi dəyərləndirmişdir.

Sonda müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində doğma torpaqlarımızı  işğladan azad etməsi barədə geniş söhbətlər aparılmışdır.




Dərc olunub : 2023-01-30 17:23:00
Oxunma sayı : 25