“Müasir İnkişaf” İctimai birliyi AMEA İnsan hüquqları İnstitutunun dəstəyi ilə konfrans keçirəcək.

"Müasir İnkişaf" İctimai Birliyi 14 sentyabr saat 11:00-da AMEA İnsan Hüquqları İnstitutunun dəstəyi ilə10 illik fəaliyyətinin yekunu olaraq Hesabat-konfrans keçirəcək. Konfransda Birliyin İdarə Heyətinin sədri Mübariz Göyüşlü ötən müddət ərzində görülmüş işlərlə bağlı Hesabatla çıxış edəcək, bu müddət ərzində birgə əməkdaşlıq etdikləri qurumların təmsilçiləri, ziyalılar və s. görülmüş işlərə münasibətlərini bildirəcəklər. Hesabat-konfransda eyni zamanda Birliyin fəaliyyətinin nəticəsi olaraq "Azərbaycan Milli Kimliyi" kitabı, "Türk Eli" jurnalı və s. təqdim olunacaq.

 

Ünvan: Bakı şəhəri, Hüseyn Cavid pr.31 (Akademiya şəhərciyi) AMEA İnsan Hüquqları İnstitutunun konfrans zalı.

Tel: 012 537 20 73

       012 537 20 76

       055 345 62 32

       070 736 11 44




Dərc olunub : 2015-09-10 12:00:00
Oxunma sayı : 0