Qonaq elmi işçilərin mübadiləsi proqramı

“Qonaq elmi işçilərin mübadiləsi proqramı” çərçivəsində elmi tədqiqatın yekun təqdimatı keçirilmişdir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu ilə birgə elmi tədqiqatların aparılması məqsədilə “Qonaq elmi işçilərin mübadiləsi proqramı” həyata keçirilməkdədir.

2016-cı ilin aprel-iyul aylarında Sarayevo Universitetinin Hüquq fakültəsinin dekan müavini Edin Halapic elmi tədqiqatın aparılması məqsədilə Hüquq və İnsan Haqları İnstitutunda araşdırma aparmışdır. Edin Halapic “Post-sovet məkanında etnik konfliktlər və onların həllində siyasi-hüquqi problemlər” mövzusunda elmi araşdırma aparmışdır.

29 iyun 2016-ci il tarixində qeyd olunan proqram çərçivəsində tədqiqatlar aparan tədqiqatçının elmi araşdırmaların təhlili və gördüyü işlərin nəticəsi haqqında yekun təqdimat keçirilmişdir.

Təcrübə proqramının sonunda qeyd olunan iştirakçı proqramı başa çatdıraraq müvafiq sertifikatla təltif edilmişdir.


Dərc olunub : 29-06-2016

Oxunma sayı : 3