İnstitutun ilk magistrantı dissertasiya işini uğurla müdafiə etdi

İyunun 6-sı AMEA-nın magistratura proqramı üzrə Hüquq və İnsan Haqları İnstitutunda təhsil alan magistrant Allahverdiyeva Aysel Etibar qızının institutun Təhsil və Xarici Əlaqələr şöbəsi tərəfindən magistr dissertasiyası işinin müdafiəsi təşkil olunmuşdur. Müdafiə komissiyasının sədri, professor, t.e.d. Eldar Qorin, komissiyanın katibi Raciv Qurbanov olmuşdur. Müdafiə zamanı komissiyanın sədr müavini, h.e.d. Nazim Cəfərli və komissiyanın başqa üzvləri tərəfindən magistranta mövzu ilə əlqədar bir neçə sual verilmişdir. Müdafiə komissiyası üzvləri tərəfindən işin mövzusunun aktuallığı xüsusi vurğulanmışdır. Xatırladaq ki, magistrantın elmi rəhbəri professor, h.e.d. Aytən Mustafazadə olmuşdur.

Müdafiə başladıqdan 1 saat sonra tələbə magistrantın uğurlu çıxışı ilə yekunlaşdı. Tədbirdən sonra institutun direktoru, professor Aytən Mustafazadə işini uğurla müdafiə etmiş magistrant Allahverdiyeva Ayseli və müdafiyə komissiyasının üzvlərini otağında qəbul etdi. Magistranta gələcək həyat və iş fəaliyyətində uğurlar arzuladı, 2 il ərzində magistrantın tədris-təlim prosesini təşkil edən Müdafiə komissiyasının sədri Raciv Qurbanova təşəkkür etdi. Öz növbəsində magistrant Aytən xanıma institutda təhsil almaq üçün hər cür şərait yaratdığına görə minnətdarlığını bildirdi. Komissiya üzvləri Aytən Mustafazadənin başçılığı altında işləməkdən məmnunluq hissi duyduqlarını bir daha vurğuladılar və gələcəkdə yenə də AMEA magistratura proqramı əsasında yeni tələbələrlə iş aparıb müdafiəyə hazırlamaq arzularını bildirdilər.


Dərc olunub : 06-06-2018

Oxunma sayı : 35