Azad Həmkarlar İttifaqının Məclisinin növbəti iclası keçirilib

4-noyabr tarixində AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) Məclisinin növbəti iclası keçirilib. İclasda AHİ-nin sədri, professor Habil Qurbanov 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb və Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Professor AHİ üzvlərinin hər zaman dövlətimizin və ordumuzun yanında olduğunu, eyni zamanda şəhid ailələri, qazilərin və veteranların AHİ-nin daim diqqətində olduğunu bildirib.
H.Qurbanov AHİ-nin təşkilatçılığı ilə AMEA-da “Şəhidlər guşəsi”nin yaradıldığını, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün fotoalbomun hazırlandığını, mütəmadi olaraq şəhid ailələrinə, qazilərə yardımların göstərildiyini, onların pulsuz yollayışlarla təmin olunduğunu bildirmiş və qurumun 2022-ci ilə dair hesabat məruzəsini diqqətə çatdırmışdır.
Məclisin iclasında, həmçinin İnstitutumuzun Həmkarlar Təşkilatının sədri Leyla Məmmədova da iştirak etmişdir.




Dərc olunub : 2022-11-04 11:40:00
Oxunma sayı : 20