İnstitutumuzun rəhbəri USAID Özəl Sektorun İnkişafı layihəsinin təmsilçiləri ilə görüşüb

27 dekabr 2022-ci il tarixində Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə USAID Özəl Sektorun İnkişafı layihəsinin nümayəndələri Şəlalə Kamilova və Rəşid Məmmədovla görüşmüşdür. Qeyd olunmuşdur ki, ABŞ İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən PSA layihəsi (Özəl Sektorun İnkişafı layihəsi) Azərbaycanda qadın sahibkarlar arasında araşdırma aparmış və bu sahədə mövcud olan çətinliklərin aradan qaldırılmasına dair bir sıra tövsiyələri özündə ehtiva edən Qadınların Milli Biznes Gündəliyini hazırlayıb dövlət və özəl sektoru təmsil edən qurumlara təqdim etmişdir. Tövsiyələrin bir qisminin qanunvericiliyə aid olduğunu nəzərə alaraq, tərəflər bu təkliflərin yanvar ayında İnstitutda müzakirə edilməsi barədə razılığa gəlmişlər.




Dərc olunub : 2022-12-27 10:28:00
Oxunma sayı : 4