İnstitutun rəhbəri yeni ildə əməkdaşlarla görüş keçirmişdir

2023-cü il yanvarın 5-də Hüquq və İnsan Haqları İnstitutunda yeni ildə əməkdaşlarla ilk görüş keçirilib. İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə bütün kollektivi yeni – 2023-cü il münasibətilə ürəkdən təbrik edərək, əməkdaşlara uğurlar və yeni fəaliyyət istiqamətlərinə uyğun səmərəli iş arzuladı. İnstitutun qarşıda duran plan və hədəfləri barədə ətraflı məlumat verərək rəhbər hər bir şöbənin öz fəaliyyətinə müvafiq olaraq əsasnamələrinin hazırlanmasını məqsədəuyğun hesab etdi.
Tədbirdə İnstitutun İdarə Heyəti sədrinin müavinləri Natavan Rüstəmova və Üzeyir Məmmədov, həmçinin Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasıyev kollektivə təqdim olundular və özləri barədə qısa məlumat verdilər. İnstitutun rəhbərliyi tərəfindən əməkdaşlara müvafiq tövsiyə və tapşırıqlar verildi. Sonda əməkdaşları maraqlandıran məsələlərə aydınlıq gətirildi və geniş fikir mübadiləsi aparıldı.




Dərc olunub : 2023-01-05 00:54:00
Oxunma sayı : 28