İnstitut rəhbəri TEDx platformasında çıxış etmişdir

2 aprel 2023-cü il tarixində Hüquq və İnsan Haqları İnstitutunun (“İnstitut”) İdarə Heyətinin sədri Məhəmməd Quluzadə TEDx platformasında gənclər qarşısında çıxış etmişdir.

TEDx platforması müxtəlif ölkələrdə “TED talks” (“TED müzakirəsi”) üsulunda keçirilən tədbir olaraq, cəmiyyəti maraqlandıran məsələlərin müzakirəyə çıxarılmasına, fərdi uğur hekayələrinin və qlobal inkişafa dair yeniliklərin paylaşılmasına yönəlib. Hər il TED müzakirələrinə onlayn formatda milyonlarla insan baxır və bu rəqəm getdikcə artmaqdadır.

M.Quluzadə öz çıxışında ölkəmizdə insan hüquqları sahəsində əldə edilən nailiyyətlər, gənclərin təhsil hüququ və təhsil imkanları, eləcə də İnstitutun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermişdir.




Dərc olunub : 2023-04-04 14:58:00
Oxunma sayı : 134