İnstitutun rəhbəri Polis Akademiyasında təşkil olunmuş konfransda iştirak edib

27 dekabr 2022-ci il tarixində Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Polis Akademiyası tərəfindən təşkil edilmiş “Müasir dövrdə insan hüquqlarının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir. Tədbir Ümumdünya insan hüquqları Bəyannaməsinin 74 illiyinə həsr olunmuşdur.
Tədbirdə müxtəlif dövlət qurumlarının, o cümlədən Ombudsman, Konstitusiya Məhkəməsi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Baş Prokurorluğun və s. nümayəndələri iştirak etmişlər. Eyni zamanda tədbirə onlayn şəkildə müxtəlif ölkələrdən olan alimlər, habelə və Akademiyanın müəllim və tələbələri də qoşulmuşlar.




Dərc olunub : 2022-12-27 10:17:00
Oxunma sayı : 18